Sudan yaradılışın Təkamüllə Yaradılışa İşarə Etdiyi yanlışı



İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə
eşidən və görən etdik. (İnsan surəsi, 2)

Təkamüllə yaradılma yanlışlığını müdafiə edənlər bir çox ayədə keçən “insanın
sudan yaradıldığı” ifadələrini öz iddialarına dəlil olaraq göstərməyə çalışırlar.
Bütün canlıların sudan meydana gəldiyini iddia edirlər. İnsanın yaradılış
mərhələlərinin bildirildiyi digər ayədə diqqətlə baxıldığı zaman bu izahlardakı
köklü yanlışlıq ortaya çıxır. Ayədə belə buyurulur:

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən
də, Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha
sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq
ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt
ərzində saxlayırıq. Sonra sizi (oradan) uşaq kimi çıxardırıq ki, yetkinlik
çağına yetişəsiniz. Sizdən kimisi (yetkinlik yaşına çatmamış) vəfat edir, kimisi
də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, (vaxtilə) bildiyi şeyləri unutsun.
Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o,
hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. (Həcc surəsi,5)

Ayədə bir insanın yaradılış mərhələləri təsvir edilir.

İlk mərhələ olan torpaq, insandakı başlıca mineralları və elementləri təşkil
edən xammaddədir.

İkinci mərhələ isə bu elementlərin, ana bətnindəki yumurtanı dölləmək üçün
lazım olan quruluşa və genetik məlumata sahib spermalardan ibarət olan və
Quranda qarışıq bir su ifadəsi ilə keçən mənidə bir yerə gəlməsidir.

Qısası, insanın başlıca xammaddəsi torpaqdır. Torpağın özü, bir damla mənidə
insanı meydana gətirəcək şəkildə toplanmışdır. Ayədə bu “su” mərhələsinin
dərhal ardından insanın ana bətnindəki inkişaf mərhələləri bildirilmişdir. Halbuki
təkamül nəzəriyyəsi, canlılığın öz-özlüyündən suda başlamasından insanın ortaya
çıxanadək arada milyonlarla saxta mərhələ (ilk hüceyrə,tək hüceyrəlilər, çox
hüceyrəlilər, onurğasızlar, onurğalılar, sürünənlər, məməlilər, primatlar, və s. və
bunların saysız ara mərhələləri kimi) olduğunu qəbul edir. Ayədəki sıralamada isə
belə bir məntiq və təsvir olmadığı çox açıqdır. İnsanın bir damla su halından sonra
ələq halına gəldiyi bildirilir.

Dolayısilə, ayə çox açıqdır, insan növünün keçirdiyi təkamül mərhələləri deyil, tək
bir insanın ana bətnindən əvvəlki, ana bətnindəki və doğulduqdan sonra yaşlılığına
qədər davam edən yaradılış mərhələləri təsvir edilir.

Bəzi şərhçilər bu ayələrdəki, “canlıların sudan yaradılması” ifadəsində, təkamül
nəzəriyyəsinə paralel bir məna olduğunu zənn edirlər. Halbuki, bu yanlış
izahdır. Ayələrdə canlıların sudan yaradıldığı bildirilərək, canlıların başlıca
xammalının su olduğu xəbər verilir. Belə ki, müasir elm ortaya qoymuşdur ki,
su dünyadakı hər bir canlı bədəninin ən başlıca ünsürüdür. İnsan bədəninin
təxminən 70 %-i sudur. Hər canlı, bədəndəki su sayəsində hüceyrədaxili,
hüceyrələrarası və toxumalararası əlaqəni təmin edir. Su olmadan canlılıq
olmaz. İnsanın və digər canlıların sudan yaradıldığını bildirən başqa ayələrdə də
təkamül nəzəriyyəsini təsdiqləyəcək bir məna yoxdur. Bu ifadənin keçdiyi bəzi
ayələr belədir:

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən
araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi
inanmırlar? (Ənbiya surəsi, 30)

Aşağıdakı ayələrdə isə “bir damla suyun məni olduğu” açıq şəkildə ifadə edilir:

O, (insanlardan və heyvanlardan) biri erkək və bir də dişi olmaqla iki cüt
yaratdı. (Bir qətrə) nütfədən (o, ata belindən analığa) axıb tökülərkən. Təkrar
diriltmək də Ona aiddir. (Nəcm 45-47)

Məgər o, (kişi) toxumundan axıdılan bir damla nütfə deyildimi? (Qiyamət
surəsi, 37)

http://yaradilismocuzesifosiller.blogspot.com/p/sudan-yaratmanin-evrimsel-
yaratilisa.html

Hiç yorum yok:

Yorum Gönder