Hz. Adəmin İlk İnsan Olmadığı Haqqındakı Yanılma



Təkamüllə yaradılış yanlışlığı ilə əlaqədar ortaya atılan bir başqa iddia isə,
hz. Adəmin ilk insan olmadığı, hətta insan olmadığı (hz. Adəmi tənzih edirik)
şəklindədir. Aşağıdakı ayə bu batil iddiaya dəlil olaraq göstərilir:

Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar
edəcəyəm!”– dedikdə, onlar: “Biz Səni həmd-səna ilə təriflədiyimiz və
Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq
bir kəsmi yerləşdirəcəksən?”– söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin
bilmədiklərinizi bilirəm!” (Bəqərə surəsi, 30)

Bu iddianı müdafiə edənlər ayədə keçən “xəlifə yaradacağam” ifadəsindəki ərəbcə
“ceale” felini “təyin etmək” kəlməsi ilə açıqlayırlar. Yəni hz. Adəmin ilk insan
olmadığı, bir çox insan arasından xəlifə olaraq “təyin edildiyi” yanlışlığını irəli
sürürlər. Halbuki “ceale” kəlməsinin Quranda istifadə edilən bir çox müxtəlif
mənaları var. Belə ki:

Ceale: Yaratmaq, icad etmək, çevirmək, qurmaq, qoymaq, qılmaq.

Quranda “ceale” felinin keçdiyi digər ayələrdən bir neçə nümunə belədir:

Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O
sizdən ötrü səkkiz cüt heyvan endirdi... (Zümər surəsi, 6)

De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür
edirsiniz!” (Mülk surəsi, 23)

Yuxarıdakı ayələrdə də göründüyü kimi, “ceale” kəlməsi bu ayədə yaradılma
mənasında istifadə edilmişdir. Bundan başqa bir çox ayədə də hz. Adəmin
torpaqdan yaradıldığı bildirilir. Hz. Adəmin, digər insanlar kimi bir insan olmadığı,
xüsusi və fərqli bir yaradılışa sahib olduğu bu ayələrdən də aydın olur.

http://yaradilismocuzesifosiller.blogspot.com/p/hz-ademin-ilk-insan-olmadigi-
yonundeki.html

Hiç yorum yok:

Yorum Gönder