Hz. Adəmin Dünyada Yaradıldığı Yanlışlığı


Quranda hz. Adəmin ilk insan olduğu haqqında verilən bir başqa vacib məlumat da
etdiyi xəta səbəbilə özünün və yoldaşının cənnətdən çıxarılmasıdır. Ayələrdə belə
buyurulur:

Ey Adəm oğulları! Şeytan, əcdadınızın ayıb yerlərini özlərinə göstərmək
məqsədilə (aldadaraq) libaslarını soyundurub Cənnətdən çıxartdığı
kimi, sizi də aldatmasın. Şübhəsiz ki, o və onun nəsli sizləri sizin onları
görə bilmədiyiniz yerlərdən görürlər. Həqiqətən, Biz, şeytanları iman
gətirməyənlərin dostları etdik. (Əraf surəsi, 27)

Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada
rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin (için), təkcə bu
ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”. Şeytan isə (ağaca
yaxınlaşdırmaqla) onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-
birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən (olunmuş)
vaxtadək məskən və gün-güzəran vardır”. (Bəqərə surəsi, 35-36)

Ayələrdəki ifadələr çox açıqdır. Allah hz. Adəmi torpaqdan yaratmışdır. Hz. Adəm
xüsusi bir yaradılışa sahibdir və bu xüsusi yaradılışının əvvəl cənnətdə olmasından,
daha sonra da buradan çıxarılmasından bir daha aydın olur. Ancaq təkamül
yalanına inanan bəzi müsəlmanlar açıq olan bu həqiqətləri görməzlikdən
gəlir və ayələrdə keçən “cənnət” kəlməsinin, axirətdəki cənnəti deyil,
dünyadakı gözəl məkanları ifadə etdiyi kimi yanlış bir izah irəli sürürlər.
Halbuki hz. Adəmin yaradıldığı cənnətin bir çox xüsusiyyəti Quranda bildirilir.
Burada mələklər və şeytan var. Mələklər Allah ilə danışırlar. Ayələrdəki ifadələr
bu qədər açıq ikən, Quran əxlaqına uyğun olmayan izahlarla təkamül nəzəriyyəsinə
dəlil axtarma cəhdinə girmək yanlış bir davranışdır.
Bütün insanların hz. Adəmdən gəldiyini, yəni hz. Adəmin ilk insan olduğunu xəbər
verən bir çox ayədən ikisi də belədir:

Bir zaman Rəbbin Adəm oğullarının bellərindən onların törəmələrini
çıxarmış və: “Mən sizin Rəbbiniz deyiləmmi?”(– deyə) onları özlərinin
əleyhinə şahid tutmuşdu. Onlar: “Bəli, biz şahid olduq!”– demişdilər. (Bu
ona görədir )ki, siz Qiyamət günü: “Biz bundan xəbərsiz idik!”– deməyəsiniz.
Yaxud: “Atalarımız bizdən əvvəl (Allaha )şərik qoşmuş, biz də onlardan
sonra gələn bir nəsil olmuşuq. Məgər Sən bizi batilə uyanların etdikləri
əməllərə görə məhv edəcəksən?”– deməyəsiniz. (Əraf surəsi, 172-173)

http://yaradilismocuzesifosiller.blogspot.com/p/hz-ademin-dunyada-
yaratildigi-yanilgisi.html

Hiç yorum yok:

Yorum Gönder