Quranda Təkamül dövrünə aid nümunələrin Olduğu yanlışı



İnsanın elə bir dövrü olub keçmişdir ki, o, xatırlanmağa layiq bir şey
olmamışdır! (İnsan surəsi, 1)

Yuxarıdakı ayə bu düşüncədə olan kəslərin təkamülə dəlil olaraq təqdim etdikləri
bir başqa ifadədir. Öz şəxsi izahlarına əsaslanaraq “xatırlanmağa layiq bir şey
olmamışdır” ifadəsini “insanın, insan olmazdan əvvəlki halı” kimi açıqlayırlar.
Halbuki ilk iddia kimi bu iddia da həqiqətlərdən uzaqdır.

Bu ifadəni “təkamül ilə yaradılışa” dəlil olaraq göstərmək çox məntiqsiz bir
izahdır. Necə ki, bu ayə İslam alimləri tərəfindən təkamül dövrü kimi açıqlanmır.
Məsələn, Elmalılı Məhəmməd Həmdi Yazır bu ayədəki dövr ifadəsini belə təfsir
edir:

“Başlanğıcda ilk maddələri olan ünsürlər və filizlər, sonra onlardan mərhələ-
mərhələ yaradılıb orta maddələri olan bitki mənşəli, heyvan mənşəli qidalar
“palçıq xülasəsi” (Möminun surəsi, 12), sonra onlardan süzülən yaxın maddəsi
olan məniyə doğru yavaş-yavaş və mərtəbələr içində gələn bir şey olmuş, lakin
insan deyə xatırlanan şey olmamışdır. Həqiqətdə insanın hər fərdi kimi cinsi də
əzəli deyil, sonradan olmadır. Həm zamanın başlanğıcından, aləmin yaradılışından
daha sonra var olmuşdur.”

Ömər Nəsuhi Bilmən isə ayəni belə təfsir edir:

“ Bu ayələr, Cənabı Haqqın insanları heç mövcud, məlum deyilkən bir qətrə
sudan eşidən, görən halda yaratdığını və onları imtahana tabe tutduğunu bildirir...
İnsan növü heç mövcud deyildi. Sonra müddət içində bir qətrə sudan, torpaqdan
və palçıqdan təsvir edilmiş bir cəsəd halına gəlmişdir. O insan, o zaman məlum
deyildi, onun nə olduğu və nə üçün yaradılmış olduğu göy və yerdəkilərə görə
bilinmirdi. Sonra özünə ruh verilmişdir.”

Dəyərli İslam alimlərimizin də bildirdiyi kimi, Quranda heç bir şəkildə təkamüllə
yaradılışa işarə yoxdur. Quranda bildirilən yaradılış Rəbbimizin “Ol” əmri ilə
gerçəkləşən yoxdan yaradılışdır.

http://yaradilismocuzesifosiller.blogspot.com/p/kuranda-evrimsel-surece-
isaret.html

Hiç yorum yok:

Yorum Gönder